“Qarabağ” səfərdə məğlub oldu
31.01.2025 , 01:57

“Qarabağ” bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin son matçına çıxıb.
Korner.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Olimpiakos”un qonağı olub.
Görüş Ağdam təmsilçisinin məğlubiyyəti ilə bitib – 0:3.
Avropa Liqası Liqa mərhələsi
VIII tur
30 yanvar
00:00 “Olimpiakos” (Yunanıstan) – “Qarabağ” – 3:0
Baş hakim: Radu Petresku (Rumıniya)
