“Qarabağ” yoxlama oyunu keçirəcək
22.03.2019 , 17:43

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqada yaranan fasilədən istifadə edən “Qarabağ” və “Zirə” yoxlama oyununda qüvvəsini sınayacaq.
Bu barədə Ağdam klubunun rəsmi Feysbuk səhifəsi məlumat yayıb.
Martın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 17:00-da başlayacaq.
