“Qarabağ” yoxlama görüşündə “Zirə” ilə qarşılaşacaq
24.03.2019 , 11:43

Milli komandaların oyunları ilə əlaqədar ölkə çempionatında yaranmış fasilədə “Qarabağ” klubu məşqlərini davam etdirir.
Ağdam klubunun rəsmi saytına istinadən verilən məlıumata görə, klub fasilə zamanı yoxlama matçı keçirəcək. “Qarabağ” bu gün saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda “Zirə”ylə qarşılaşacaq.
