Milli oyunlarla əlaqədar olaraq yaranmış fasilədə "Qarabağ"ın əsas komandası əvəzedicilərlə qarşılaşıb.
Korner.az klubun saytına istinadən xəbər verir ki, millilərə yollanmış 10 futbolçusunun imkanından məhrum olan əsas komandadan zədə səbəbindən Əfran İsmayılov, Namiq Yusifov və Eltun Yaqublu ayrı düşməli olmuşdu.
Belə də əvəzedici heyətin də imkanlarından yararlan Qurban Qurbanovun yetirmələri bu "11"liklə meydana çıxmışdı.
Muaremin vurduğu 2 qol Qurbanovun yetirmələrinə qələbə qazandırıb.