“Qarabağ” yoldaşlıq görüşünə çıxır
09.07.2024 , 12:00

“Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün iki yoldaşlıq oyunu keçirəcək.
Korner.az xəbər verir ki, Ağdam təmsilçisi əvvəlcə Almaniyanın “Kayzerslautern” klubu ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə 14:30-da başlayacaq.
Günün ikinci matçında isə Azərbaycan çempionu saat 20:00-da “Viktoriya”(Plzen) ilə üz-üzə gələcək.
