Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə “Slovan”la qarşılaşacaq “Qarabağ” bu gün Çexiyaya yola düşəcək.
Korner.az-ın məlumatına görə, Ağdam təmsilçisi bu gün 17:00-da Praqa şəhərinə yollanacaq.
Komanda Praqadan oyunun keçiriləcəyi Liberets şəhərinə yola düşəcək.
