Təlim-məşq toplanışının II mərhələsi üçün "Qarabağ" klubu yenidən Türkiyəyə yollanır. Korner.az– ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 14-də Qızılcahamamda ilk mərhələni başa vuraraq geri qayıdan komanda 3 günlük aradan sonra bu dəfə fərqli məkana gedir. Bakı – İstanbul reysiylə hərəkət edəcək Ağdam təmsilçisi sonuncu şəhərdən avtobusla Boluya hərəkət edəcək. Daha doğrusu komanda Bolunun Gerede adlı qəsəbəsinə yollanacaq. İyulun 30-na kimi adı çəkilən məkanda məskunlaşacaq Qurban Qurbanovun komandası 13 günlük müddətdə 5 yoxlama oyunu keçirməyi planlaşdırır.
Qeyd edək ki, "Qarabağ" iyulun 30-da Ankara – Bakı reysiylə geri dönəcək.
