“Qarabağ” yeni mövsümə hazırlaşır
02.07.2023 , 17:36

“Qarabağ” FK iyulun 5-də Avstriya toplanışını başa vuraraq İspaniyanın Marbelya bölgəsinə yollanacaq.
Koner.az xəbər verir ki, burada 4 gün məskunlaşacaq komanda iyulun 9-da Çempionlar Liqasının I təsnifat mərhələsinin “Linkoln” ilə ilk oyunu üçün Cəbəllütariqə yollanacaq.
Komanda Avstriyada son yoxlama oyununu iyulun 4-ü Bolqarıstanın ÇSKA (Sofiya) klubuna qarşı keçirəcək.
