“Qarabağ” yenə ən yaxşıdı
21.01.2020 , 12:31

Dünyanın ən yaxşı futbol klublarının siyahısı açıqlanıb.
Korner.az-ın məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin yekunlarına əsasən 400 komandanın siyahısını müəyyənləşdirib.
Cədvəldə Azərbaycanın ən yaxşı komandası “Qarabağ”dır. Komanda ötən illə müqayisədə 57 pillə irəliləyərək 144 xalla dünyanın 80-ci komandasıdır.
