UEFA Avropa Liqasının “pley off” mərhələsinin cavab qarşılaşmaları çərçivəsində keçiriləcək bir sıraoyunlar üçün hakim təyinatları bəlli olub.
Korner.az-ın məlumatına görə,cavab qarşılaşmalarıçərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – “Yanq Boys” oyunu litvalı referilərə həvalə olunub.
Belə ki, Matçın baş hakimi Gediminas Mazeika idarə edəcək. Ona bu işdə köməkçiləri Vytautas Simkus, Vytenis Kazlauskas, Sergejus Slyva kömək edəcəklər.
Qeyd edək ki, “Qarabağ” – “Yanq Boys” oyunui avqustun 27-də keçiriləcək. Qarşılaşma saat 21:00-da başlayacaq.
