“Qarabağ” Xorvatiyaya qalib gəldi
16.01.2026 , 15:30
Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxıb.
Korner.az xəbər verir ki, Azərbaycan çempionu Xorvatiyanın “Osiyek” klubu ilə qarşılaşıb. Görüş “Qarabağ”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Ağdam təmsilçisinin heyətində Musa Qurbanlı, Aleksey Kaşuk və Abbas Hüseynov fərqləniblər.