Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.
Korner.az-ın məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edən "Qarabağ", "Xəzər Lənkəran" və "İnter"in potensial rəqibləri müəyyənləşəcək.
Əgər "Xəzər Lənkəran" "Makkabi"ni, "İnter" "Tromse" və "Qarabağ" "Pyast"ı keçsə aşağıdakı rəqiblərin biri ilə qarşılaşacaq.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları iyulun 1-8 avqust tarixlərində keçiriləcək.
III təsnifat mərhələsi
“Ventspils” (Latviya) – “Jeness” (Lüksemburq) cütünün qalibi – “Makkabi” (Hayfa, İsrail) – “Xəzər Lənkəran” (Azərbaycan) cütünün qalibi –
“Qarabağ” (Azərbaycan) – “Pyast” (Polşa) cütünün qalibi – “Anortosis” (Kipr) – "Gefle" (İsveç) cütünün qalibi
“Differdanj” (Lüksemburq) – “Utrext” (Hollandiya) cütünün qalibi – “Tromse” (Norveç) – “İnter” (Azərbaycan) cütünün qalibi
