Premyer Liqanın 31-ci turu çərçivəsində "İnter"u məğlub edən "Qarabağ" bu gündən "Xəzər Lənkəran" oyununun hazırlıqlarına başlayır. Korner.az-ın Ağdam klubundan əldə etdiyi məlumata görə, Qurban Qurbanov "İnter"lə çətin oyundan üzüağ çıxan futbolçularına iki günlük istirahət verib və bugündən komanda çətin Lənkəran səfərinin hazırlıqlarına start verir.
Qeyd edək ki, "Xəzər Lənkəran" – "Qarabağ" matçı aprelin 11-də saat 17:30-da baş tutacaq.
