Azərbaycan Premyer Liqasının 4-cü turunun “Qarabağ” – “Xəzər Lənkəran” matçı “Dalğa Arena”da keçiriləcək.
Korner.az-ın”Qarabağ”ın rəsmi saytına istinadən verdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionu təmirə bağlandığından, klubun bazasında son tamamlama işləri getdiyindən “Xəzər Lənkəran”la görüşün “Dalğa Arena”da keçirilməsinə qərar verilib.
Qeyd edək ki, sentyabrın 12-də baş tutacaq “Qarabağ” – “Xəzər Lənkəran” matçı saat 20:30-da başlayacaq.
