Avstriyanın Şərq Regional Liqasında (3-cü liqa) növbəti turun oyunları keçirilib.
Azərbaycanlıların klubu olan “Qarabağ Vyana” lider “Horn”u qəbul edib. Oyun heç-heçə yekunlaşıb – 0:0.
“Qarabağ Vyana”nın üzvü olan azərbaycanlı futbolçulardan Emil Fərzəliyev və Dmitri Nağıyev bu görüşün iştirakçısı olmayıb. Elvin Bədəlov isə start heyətdə meydana və sonadək oynayıb.
22 oyundan 35 xalı olan “Qarabağ Vyana” hazırda 16 komanda arasında 8-ci pillədə qərarlaşıb.
