“Qarabağ” “Vilyarreal”a məğlub oldu
29.10.2020 , 23:47

Bu gün Avropa Liqasında qrup mərhəlisinin II turunun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” “Vilyarreal”ı qəbul edib. Qarşılaşma Dağlıq Qarabağda baş verən hadisələr səbəbindən Azərbaycanda deyil, Türkiyədə keçirilib. Ağdam təmsilçisi bu görüşdə məğlub olub – 1:3.
Qeyd edək ki, “Qarabağ” ilk turda Təl-Əviv “Makkabi”sinə (İsrail) 0:1 hesabıyla uduzubsa, “Vilyarreal” Türkiyənin “Sivasspor” klubuna 5:3 hesabıyla qalib gəlib.
Avropa Liqası
İ qrupu
29 oktyabr
21:55. “Qarabağ” – “Vilyarreal” – 1:3
Baş hakim: Pavel Orel (Çexiya).
İstanbul. “Başakşəhər Fatih Terim” stadionu.
