“Qarabağ” “Viktoriya”ya ilə heç-heçə etdi
17.08.2022 , 22:37

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirib.
Korner.az-ın məlumatına görə, Azərbaycan çempionu Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə bitib – 0:0.
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyun
17 avqust
20:45. “Qarabağ” (Azərbaycan) – “Viktoriya” (Plzen, Çexiya) – 0:0
Hakimlər: Slavko Vinçiç, Tomaj Klançnik, Andraj Kovaçiç, Rade Obrenoviç (hamısı Sloveniya)
VAR hakimləri: Neyts Kaytazoviç, Yure Praprotnik (hər ikisi Sloveniya)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
