“Qarabağ” ÇL-də mübarizəni dayandırdı
24.08.2022 , 00:51

“Qarabağ” bu gün Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.
Korner.az xəbər verir ki, Ağdam klubu Çexiyada “Viktoriya”nın qonağı olub. Plzendə baş tutan matçda Ağdam təmsilçisi 1:2 hesabı ilə məğlub olaraq, ÇL-də mübarizəni dayandırıb.
Komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz bərabərliklə başa çatmışdı.
Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu
23 avqust
23:00 Viktoriya (Plzen, Çexiya) – Qarabağ – 2:1
Qollar: Filip Ozobiç, 38, Kopiç, 58, Kliment, 72
İlk oyun – 0:0
