“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında avqustun 2-si Respublika stadionunda Çexiyanın “Viktoriya Plzen” klubunu qəbul edəcək.
Korner.az-ın məlumatına görə, azarkeşlər bu qarşılaşmanın biletləri iyulun 30-u saat 12:00-dan etibarən Respublika stadionunun kassalarından əldə edə bilər. Qarşılaşma 2 avqust saat 20:30-da start götürəcək.
Xatırladaq ki, tərəflər arasında ilk matç 0:0 hesabı ilə başa çatmışdı.
