Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Viktoriya” cavab oyununa hakim təyinatları açıqlanıb.
Korner.az-ın məlumatına görə, görüşü Hüseyn Göçek idarə edəcək. Ona Mustafa Əmrə Eyisoy, Kemal Yılmaz köməklik edəcək. Dördüncü hakim funksiyasını Barış Şimşek yerinə yetirəcək.
Qeyd edək ki, “Qarabağ” – “Viktoriya” oyunu avqustun 2-i keçiriləcək.
