“Qarabağ” – “Viktoriya”: biletlər satışa çıxarılır
13.08.2022 , 19:56

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” (Çexiya) ilə ev oyununun biletləri sabahdan etibarən satışa çıxarılacaq.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, sözügedən matçın biletləri sabah – avqustun 14-ü saat 11:00-dan satışa çıxarılacaq.
Biletlərin qiyməti müvafiq olaraq 5, 15, 30, 50, 75 və 100 manat təşkil edir.
Satış məntəqələri:
Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək);
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək).
“28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərində (11:00-dan 22:00-dək).
