“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Maltanın “Valetta” klubu ilə cavab görüşünün vaxtı dəqiqləşib.
Korner.az-ın məlumatına görə, Bakıda baş tutacaq qarşılaşmanın start fiti 21:30-da veriləcək.
Oyun iyulun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu komandalar arasında ilk qarşılaşma isə bir həftə əvvəl, iyulun 15-də baş tutacaq. Valettadakı həmin qarşılaşma da eyni saatda – Bakı vaxtı ilə 21:30-da başlayacaq.
