“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı 2-ci təsnifat mərhələsində “Valetta” ilə baş tutacaq qarşılaşmasına təyinatlar bəlli olub.
Korner.az xəbər verir ki, təmsilçimizin matçını Avstriyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Aleksandr Hamkam köməkçiləri isə Andreas Vistşiqlə, Andreas Stuadinger olacaq.
4-cü hakim funksiyasını Rene Aysner yerinə yetirəcək.
