Avroliqanın qrup mərhələsinin beşinci turu çərçivəsində səfərdə “Sent Etyen”lə heç-heçə oynayan (1:1) “Qarabağ” vətənə qayıdır.
Korner.az Futbolxeber.az-a istinadən xəbər verir ki, təmsilçimizi vətənə gətirəcək təyyarə Bakı vaxtı ilə 20:00-da Qəbələyə enəcək.
Komanda oradan isə Zaqatalaya yollanacaq. Bazar günü Ağdam təmsilçisi Premyer Liqanın 14-cü turu çərçivəsində “Simurq”un qonağı olacaq.
