Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Korner.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Qrup mərhələsi üçün mübarizə aparan komandalarımız – “Qarabağ” və “Qəbələ”nin də rəqibləri bəlli olacaq.
“Qarabağ”ın səpələnmişlər, “Qəbələ”nin isə səpələnməmişlər qrupunda yer alıb.
***
Artıq “Qarabağ” və “Qəbələ”nin 6 potensial rəqibi bəlli olub. UEFA-nın saytı xəbər verir ki, potensial rəqibləri aşağıda adları qeyd olunanlardır:
“Qarabağ”ın potensial rəqibləri:
“Şkendiya” (Makedoniya)
“Başakşehir” (Türkiyə)
“Göteborq” (İsveç)
“Srvena Zvezda” (Serbiya)
“Sanderjuske” (Danimarka)
“Hayduk” (Split, Xorvatiya)
“Qəbələ”nin potensial rəqibləri:
“Anderlext” (Belçika)
“Vest Hem” (İngiltərə)
“Krasnodar” (Rusiya)
Maribor” (Sloveniya)
“Fənərbağça” (Türkiyə)
Panatinaikos” (Yunanıstan)
