Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” və “Qəbələ”nin mətbuat katibləri İsveçrənin Nyon şəhərinə çağırılıblar.
Korner.az-ın məlumatına görə, Nurlan İbrahimovla Anar Hacıyev sentyabrın 3-də işə başlayacaq UEFA-nın toplantısına yollanacaqlar.
İki gün davam edəcək toplantı avrokubokların qrup mərhələsində mübarizə aparacaq klubların mətbuat xidmətləri rəhbərlərinin iştirakı ilə baş tutacaq. İclasda oyunlar zamanı media ilə işin qurulması istiqamətində təlimlər keçiriləcək.
