Bu gün Topaz Premyer Liqasının 27-ci turuna yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, turnir cədvəlinin lideri "Neftçi" "Qəbələ"ni sınağa çəkəcək. Bu görüşdə qələbə qazanmaqla "ağ-qaralar" ən yaxın izləyicisi ilə 3 xallıq fərqi qorumaq niyyətindədi.
"Neftçi"nin ən yaxın izləyicisi olan "Qarabağ" isə səfərdə "Bakı" ilə qarşlaşacaq. Uğurlu qrafik cızan Qurban Qurbanovuin yetirmələri qələbəlik seriyasını Biləcəridə də davam etdirmək niyyətindədi.
Günün son qarşılaşması isə "Fırtınalar meydanı"nda olacaq. "Xəzər Lənkəran" "Sumqayıt"la münasibətlərə aydınlıq gətirəcək.
QOL: Riçard Almeyda, 85-pen
QOL: Denis Silva, 52, Kanales, 68 // Lourival Assis, 14
