“Qarabağ” və “Neftçi”nin oyunu canlı yayımlanacaq
29.07.2019 , 17:58

Ölkəmizi avrokuboklarda təmsil edən “Qarabağ” və “Neftçi”nin cavab oyunları canlı yayımlanacaq.
Korner.az-ın məlumatına görə, “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində “Dundalk” klubu ilə qarşılaşacaq.İyulun 31-i 21:00-da “Dalğa Arena”da keçiriləcək oyunu “CBC Sport” kanalı canlı yayımlayacaq.
“Neftçi”nin “Arsenal”la qarşılaşması da “CBC Sport” kanalı vasitəsi ilə yayımlanacaq.Oyuna avqustun 1-i, saat 21:00-da “Bakcell Arena”da start veriləcək.
