“Qarabağ” və “Neftçi”nin legionerləri milliyə çağırıldı
08.10.2024 , 11:51
“Qarabağ” və “Neftçi”nin legionerləri Monteneqro millisinə cəlb olunub.
Korner.az xəbər verir ki, söhbət Marko Yankoviç və Edvin Kuçdan gedir.
Hər iki yarımmüdafiəçi oktyabrın 11-də Türkiyə, 14-də isə Uelsə qarşı keçiriləcək görüşlər üçün milliyə cəlb olunub.
Monteneqro millisinin əsas üzvlərindən olan Marko Veşoviç isə zədəli olduğu üçün yığmaya dəvət almayıb.