Bu gün Topaz Premyer Liqasında 11-ci turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, ötən turda olduğu kimi yenə bütün matçlar eyni gündə baş tutacaq.
Tura “Qəbələ” – “Bakı” matçı ilə start verilib. Növbəti oyun “Sumqayıt”la “İnter” arasında baş tutub. Hər iki oyun bərabərliklə başa çatıb.
Qeyri-sabit çıxışını davam etdirən “Xəzər Lənkəran” isə bu dəfə “Simurq”la üz-üzə gəlib və çətin qələbə qazanıb.
“Neftçi” paytaxt deribisində AZAL-ı darmadağın edib.
Nəhayət, turun qapanış matçında son çempion “Qarabağ” çempionatın aşkar autsayderi “Araz Naxçıvan”ı darmadağın edib.
Topaz Premyer Liqası
11-ci tur
2 noyabr (bazar)
Qəbələ – Bakı – 1:1
Qollar: Dodo, 5 / Nuran Qurbanov, 45
Qırmızı vərəqə: Elşad Manafov, 90+1 ("Bakı")
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Teymur Fərhadov.
Qəbələ şəhər stadionu.
Sumqayıt – İnter – 0:0
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ziya Nəsirov.
Sumqayıt. “Kapital Bank Arena” stadionu.
Xəzər Lənkəran – Simurq – 2:1
Qollar: Sadio Tounkara, 39; Rahid Əmirquliyev, 60 / İdan Vaytsman, 38
Hakimlər: Ömər Paşayev, İsgəndər Əliyev, Elşən Acalov, Feyzulla Feyzullayev.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Elvin Əsgərov.
"Xəzər Lənkəran" mərkəzi stadionu.
Neftçi – AZAL – 4:0
Qollar: Eltun Yaqublu, 10 (öz qapısına); Denis Silva, 38; Nikolas Kanales, 71, 85
Qırmızı vərəqə: Luis Ramos, 82 (AZAL)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Mahir Məmmədov.
Bakı. “Bakcell Arena”.
Qarabağ – Araz Naxçıvan – 4:0
Qollar: Muarem Muarem, 14; İnnosent Emeqara, 34; Reynaldo, 50, 61 (p.)
Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, Vüsal Qənbərov, Fariz Yusifov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
