İtaliyanın paytaxtı Romada Avropa Klublar Assosiasiyasının (ECA) Yarışların Təşkili İşçi Qrupunun növbəti iclası keçirilib.
İclasda İşçi Qrupunun rəhbəri, “Roma” klubunun icraçı direktoru Umberto Qandini, rəhbərin birinci köməkçisi, eləcə də İspaniya təmsilçisi “Real Madrid”in idman direktoru Emilio Butragenyo ilə yanaşı, komitənin büro katibi, “Qarabağ”ın baş meneceri Asif Əsgərov iştirak edib.
Toplantıda UEFA yarışlarının təşkili, oyunların başlama vaxtları və digər məsələlər müzakirə olunub. Daha sonra Avropa Klublar Assosiasiyasının 10 illiyinə həsr olunmuş XX Baş Assambleyası keçirilib.
Qeyd edək ki, Baş Assambleyada “Neftçi” klubunun prezidenti Kamran Quliyev də iştirak edib.
