Topaz Premyer Liqasının XXIX turunun iki qarşılaşması canlı yayımlanacaq.
Korner.az-ın məlumatına görə, hər iki matçı “İdman Azərbaycan” efirə verəcək.
Kanal aprelin 5-də saat 17.00-da başlayacaq AZAL – “Qarabağ” oyununu yayımlayacaq. Bir gün sonra isə “Neftçi” – “Bakı” matçı azarkeşlərə təqdim olunacaq. Bu qarşılaşmanın start fiti saat 15.30-da çalınacaq.
Qeyd edək ki, bu tur həmçinin “Rəvan” – “Sumqayıt” (4 aprel), “Xəzər Lənkəran” – “Qəbələ” (5 aprel) və “Simurq” – “İnter” (6 aprel) oyunları yayımlanacaq. Hələlik bu matçlardan heç biri proqrama salınmayıb.
