“Qarabağ” və “Kəpəz” cərimələndi
22.05.2023 , 12:41
Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, toplantıda I Divizionun XXVI turunun “Kəpəz-2” – “Qarabağ-2” oyunu (2:1) ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Görüşün oyunöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz-2” komandası 40 manat cərimə edilir (maddə 62.2);
“Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qarabağ-2” komandası 80 manat cərimə edilir (maddə 39).