Bu gün Azərbaycan Premyer Liqasında 17-ci turun oyunlarına yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, ikinci oyun günündə üç qarşılaşma keçiriləcək.
Günün ilk oyunu Sumqayıtda baş tutacaq. Burada “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək.
Turun ən maraqla gözlənilən matçı isə Lənkəranda oynanılacaq. Burada lider “Qarabağ” “Xəzər Lənkəran”ın qonağı olacaq.
Digər görüş Bakıda keçiriləcək. Paytaxt derbisində “İnter” “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirəcək.
18 dekabr
Azərbaycan Premyer Liqası, 17-ci tur
15:00. “Sumqayıt” – “Qəbələ” 1:1
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Rza Məmmədov, İnqilab Məmmədov
Sumqayıt şəhər stadionu.
QOL: Məhəmməd Qurbanov, 66 / Cavid Hüseynov, 87 (p.)
17:00.“Xəzər Lənkəran” – “Qarabağ” 2:3
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Ramil Diniyev
“Xəzər Lənkəran” mərkəzi stadionu
QOL: Rasim Ramaldanov, 17 Tounkara, 56 / Muarrem, 7, 63, Bədavi Hüseynov, 79
17:00. “İnter” – “Neftçi” 2:1
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Ömər Paşayev
Bakı. “İnter Arena”
QOL: Franko Nildo, 64, Məhəmməd Mirzəbəyov, 71 / Nikolas Kanales, 41
17 dekabr
14:00. “Bakı” – AZAL – 1:3
Qollar: Tomi Kostadinov, 42 (0:1), 45 (0:2), Oskars Klava, 62 (0:3), Nurlan Novruzov, 89 (1:3)
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, İsgəndər Əliyev, Vüsal Əliyev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
