Albaniya millisi növbəti yoxlama görüşünü keçirib. Korner.az-ın məlumatına görə, İranla qarşılaşan albanların heyətində Premyer Liqamızda çıxış edən bir neçə legioner futbolçu da bu matçda iştirak edib.
Albaniyanın 1:0 hesabı ilə qələbə qazandığı matçda “Qarabağ”ın oyunçusu Ansi Aqolli isə 68-ci dəqiqədə, AZAL-ın futbolçusu Ervin Bulku isə start heyətində meydana çıxıb və son saniyələrdə əvəzlənib. “Qarabağ”ın digər üzvü Admir Teli matçın iştirakçısı olmayıb.
