“Qarabağ” “Uypeşt”ə qarşı
16.01.2019 , 11:24

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün ilk yoxlama oyununu keçirəcək.
Ağdam təmsilçisi Macarıstanın “Uypeşt” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 18:00-da başlayacaq.
“Qarabağ” əslində Antalyada ilk yoxlama oyununu yanvarın 12-də Rumıniyanın “Botoşani” klubuna qarşı keçirməli olsa da, güclü yağış səbəbindən matç ləğv olunmuşdu.
Qeyd edək ki, Qurban Qurbanovun komandası “Uypeşt”lə oyundan başqa, daha 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdamlılar yanvarın 19-u Çexiyanın “Bohemians”, 23-ü Polşanın “Piast” və 26-sı Ukraynanın “Şaxtyor” (Donetsk) klublarıyla üz-üzə gələcək.
Yoxlama oyunu
16 yanvar
18:00. “Qarabağ” (Azərbaycan) – “Uypeşt” (Macarıstan)
