Futbol

“Qarabağ” Uroş Matiçlə yolları ayırdı

26.07.2021 , 15:02

“Qarabağ” futbolçusu Uroş Matiçlə yolları ayırıb.

Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, serbiyalı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilib.

“Qarabağ” göstərdiyi xidmətə görə Uroş Matiçə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2020-ci ildən Ağdam klubunda çıxış edirdi. Onun “Qarabağ”la 2022-ci ilin yayına qədər sözləşməsi var idi.

Son yazılar

Yuxarı