UEFA klubların növbəti reytinq siyahısını açıqlayıb.
Korner.az-ın məlumatına əsasən, 454 komandanın yer aldığı siyahıda Azərbaycan 7 klubla təmsil olunub.
Avropa Liqasının qrup mərhələsində səfərdə “Sent-Etyen”lə heç-heçə edən “Qarabağ” klubu reytinqdə 6 pillə irəliləyərək 10.450 xalla 158-ci pillədə qərarlaşıb.
“Neftçi” klubu isə geriləyərək 8.950 xalla 179-cu olub.
Ümumilikdə avrukoboklarda son beş mövsümün (2010/11, 2011/12, 2012/13, 2013/14 və 2014/15) nəticələrinə əsasən hazırlanan siyahıda komandalarımızın mövqeyi aşağıdakı kimidir:
158. “Qarabağ” (+6)
175. “Neftçi” (-4)
271. “İnter” (0)
298. “Xəzər Lənkəran” (+1)
338. “Bakı” (+3)
359. “Qəbələ” (+4)
362. AZAL (+3)
Ölkələrin reytinqində isə Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. “Qarabağ”ın “Sent-Etyen”lə səfər heç-heçəsindən sonra xalını 12.250-ə çatdıran ölkəmiz reytinqdə 29-cudur.
