“Qarabağ” UEFA klub reytinqində irəlilədi
04.11.2022 , 11:44

UEFA-nın klub reytinq cədvəli yenilənib
Korner.az-ın məlumatına görə, “Qarabağ” siyahıda 4 pillə irəliləyib. Ağdam təmsilçisi qrup mərhələsinin VI turunun matçlarından sonra açıqlanan siyahıda 61-ci sırada yer alıb.
Hazırda Azərbaycan çempionunun aktivində 25.000 xal var.
Qeyd edək ki, cədvələ 131,000 xalla İngiltərənin “Mançester Siti” klubu başçılıq edir.
