“Qarabağ” üçün uğursuz hakim
18.08.2018 , 16:19

“Qarabağ”ın avropa Liqasının pley-off mərhələsində Moldovada “Şerif”ə qarşı keçirəcəyi ilk oyununu avstriyalı Harald Lexner idarə edəcək. FIFA referisi ilk dəfə Ağdam klubunun oyununa təyinat alıb. Ancaq o, daha əvvəl 4 dəfə təmilçlərimizin matçında iş başında olub.
Lexner millinin 3 oyununa təyinat alıb. Avstriyalı referi yığmanın 1 seçmə, 2 yoldaşlıq görüşündə fit çalıb.
2015-ci il iyunun 7-də millinin Serbiyaya 1:4 hesabı ilə uduzduğu görüşdə ədaləti Lexner qoruyub. Həmin ilin sentyabrın 6-da isə o, Azərbaycanın səfərdə Malta ilə AÇ-2016-nın seçmə oyununda idarəçilik edib. Həmin matçda qalib müəyyənləşməyib – 2:2. Avstriyalı meydan sahiblərinə 1 sarı vərəqə də verib. Bundan başqa, Lexner 2016-cı ildə Avstriyada millinin Andorra ilə 0:0 hesablı heç-heçə etdiyi yoxlama qarşılaşmasını idarə edib. O, həmin grüşdə hər iki tərəfdən 3 futbolçunu sarı vərəqə ilə cəzalandırıb.
36 yaşlı referi klublarımızdan “Qəbələ”nin oyununda ədalət təmsilçisi olub. O, 2016/17 mövsümündə Avropa Liqasının qrup mərhələsində “qırmızı-qaralar”ın səfərdə “Anderlext”ə 1:3 hesabı ilə uduzduğu görüşü idarə edib. Lexner təmsilçimizin heyətində Rikardinyo və Asif Məmmədova, meydan sahiblərindən isə Uroş Spayiçə sarı vərəqə vermişdi.
