“Qarabağ”ın Avroliqanın I təsnifat mərhələsində “Metallurq”la səfərdə keçirəcəyi oyunun stadionu müəyyənləşib.
Korner.az-ın məlumatına görə, Makedoniya təmsilçisiylə ilk qarşılaşma Skopyedə “Filip II Arena”da keçiriləcək. Görüş iyulun 2-də olacaq. “Qarabağ” – “Metallurq” qarşılaşması isə iyulun 11-də oynanılacaq.