“Qarabağ” üçün daha bir itki: Medvedev zədələndi!
21.09.2018 , 00:31

Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Sportinq”lə qarşılaşan “Qarabağ” klubu ciddi itki ilə üzləşib.
Ağdam təmsilçisinin kapitanı Maksim Medvedev sıradan çıxıb. 60-cı dəqiqədə rəqib futbolçu ilə mübarizə zamanı zədə alan müdafiəçi, oyunu davam etdirə bilməyib. Onun əvəzinə gənc Abbas Hüseynov meydana daxil olub.
Qeyd edək ki, təmsilçimizin əsas kapitanı Rəşad Sadıqov da zədə səbəbindən qarşılaşmanı buraxmalı olub. Onun adı ümumiyyətlə, oyunun iştirak ərizəsinə daxil edilməyib.
