Futbol üzrə Slovakiya çempionunun adına aydınlıq gəlib.
Korner.az-ın məlumatına görə, sona 2 tur qalmış “Dukla”nı 1:0 hesabı ilə məğlub edən “Trençin” çempion titulunu qazanıb.
Qeyd edək ki, “Trençin” Çempionlar Liqasına da vəsiqə qazanıb. Mübarizəyə II təsnifat mərhələsindən başlayacaq Slovakiya təmsilçisi Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqiblərindən olub.
