“Qarabağ” üçün ciddi itki – kapitan oynamayacaq
19.09.2018 , 22:23
Ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ” bu gün qrup mərhələsinin ilk turunda “Sportinq”in qonağı olacaq.
Ağdam təmsilçisinin heyətində kapitan Rəşad Sadıqov zədə səbəbindən oyunu buraxacaq. Kapitanla yanaşı, Simeon Slavçevlə Dani Kintana da Lissabon klubuna qarşı oynamayacaq.
Qeyd edək ki, “Sportinq” – “Qarabağ” matçı sabah Bakı vaxtı ilə 23:00-da start götürəcək.