Çempionlar Liqasının qrup mərhələsinin II turunda sabah “Qarabağ”ın qonağı olacaq “Roma”nın müdafiəçii Juan Jezus oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
– Sabahkı görüş barədə fikirləriniz? 70 min azarkeşin önündə oynamaq çətin olmayacaq ki?
– Əlbəttə, çətin olacaq. “Qarabağ” ilk oyunda böyük hesabla uduzub. Buna görə də sabahkı görüş daha əhəmiyyətli olacaq. Onlar sübut etməyə çalışacaq ki, həmin məğlubiyyət təsadüfi idi və komandanın gücü daha artıqdı.
– Sizə elə gəlmirmi ki, daha çox müdafiəyəmeyllilik o qədər də gözəl nəticə vermir?
– Məqsədimiz top olan yerdə oynamaqdı. Həddən artıq müdafiəyə meylləndiyimizi deyə bilmərəm. Komanda şəklində daha yaxşı çıxış etməyə çalışırıq. Bunun pis nəticə verdiyini düşünmürəm.
– Daha əvvəl “İnter”in heyətində Azərbaycan klublarına – “Qarabağ” və “Neftçi”yə qarşı oynamısız. Həmin oyunları necə xatırlayırsız?
– Qarabağ”la “San Siro”dakı oyun yaxşı yadımdadı. Amma komanda indi çox dəyişib və güclənib. Bu “Qarabağla həmin vaxtkı komandanı müqayisə etmək olmaz. Sabahkı matç həmin görüşdən qat-qat çətin olacaq
