“Qarabağ” üçün bir gündə iki sınaq
18.01.2023 , 11:51

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün iki yoxlama matçına çıxacaq.
Korner.az xəbər verir ki, “atlılar” əvvəlcə Serbiyanın “Çukariçki” klubu ilə üz-üzə gələcək. Görüş saat 13:00-da başlayacaq.
“Qarabağ”ın digər rəqibi “Poqon” olacaq. Polşa klubu ilə oyuna saat 18:30-da start veriləcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Türkiyədəki ilk sınaq matçında “Rakuv”a (Polşa) uduzub – 0:3.
Yoxlama oyunu
18 yanvar
13:00 Qarabağ – Çukariçki
18:30 Qarabağ – Poqon
