“Qarabağ” üçün bəd xəbər: Gerye zədələndi
26.09.2018 , 21:55

Topaz Premyer Liqasının I turundan təxirə salınmış matçında “Qarabağ” “Zirə”ni qəbul etdiyi matçda ciddi itkiylə üzləşib.
Ağdam klubunun cinah futbolçusu Donald Gerye çiynindən ağır zədələnib və 34-cü dəqiqədə meydanı tərk edib. İlkin məlumata görə, haitili oyunçunun zədəsi ciddidir. O, oktyabrın 4-də Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində “Arsenal”la oyunu buraxmalı olacaq.
İkinci hissəsi oynanılan matçda “Qarabağ” “Zirə”yə 2-0 hesabı ilə qalib gəlir.
