“Qarabağ” üçün BƏD xəbər: BATE-yə qarşı oynamayacaq
07.08.2018 , 19:23

Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Belarusun BATE klubunu qəbul edəcək.
Təmsilçimiz bu görüşə ciddi itki ilə çıxacaq. Baş məşqçi Qurban Qurbanov komandanın əsas üzvü Dani Kintananın xidmətindən istifadə edə bilməyəcək. İspaniyalı futbolçu zədə səbəbindən matçı buraxmalı olacaq.
Onun hansı müddətdə sıralara dönəcəyi hələlik, bəlli deyil.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:00-da start götürəcək.
