Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.
İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Püşkatmada təmsilçimiz “Qarabağ”ın da mümkün rəqibi müəyyənləşəcək.
Bunlar “Partizan” (Serbiya) – “Buduçnost” (Monteneqro) cütünün qalibi, “Riyeka” (Xorvatiya) – TNS (Uels) cütünün qalibi, “Şerif” (Moldova) – “Kukesi” (Albaniya) cütünün qalibi, “Hapoel” (Beyer Şeva, İsrail) – “Honved” (Macarıstan) cütünün qalibi və “Vitorul” (Rumıniya) klubudur.
