Sabah Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Korner.az-ın məlumatına görə, Çempionlar Liqasında III təsnifat mərhələsi başa çatdıqdan sonra Avropa Liqasının pley-off mərhələsində iştirak edəcək daha 10 komandanın adı məlum olub.
Qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran “Qarabağ” üçün artıq 15 potensial rəqib bəllidir. Onlar arasında “Fənərbaxça”, “Olimpiakos” və “Anderlext” kimi klublar da var.
“Şaxtyor” (Ukrayna)
“Olimpiakos” (Yunanıstan)
“Anderlext” (Belçika)
“Fənərbaxça” (Türkiyə)
“Sparta” (Çexiya)
PAOK (Yunanıstan)
BATE (Belarus)
“Slovan” (Çexiya)
“Rusenborq” (Norveç)
“Astana” (Qazaxıstan)
“Astra” (Rumıniya)
“Srvena Zvezda” (Serbiya)
“Dinamo” (Tbilisi, Gürcüstan)
“Trençin” (Slovakiya)
“Partizani” (Albaniya)
